HAMAS-ın Xan Yunis briqadasının kəşfiyyat komandiri Məhəmməd Əbu Saleh dünən İsrail ordusunun əməliyyatı nəticəsində öldürülüb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“Məhəmməd Əbu Saleh dəqiq zərbə nəticəsində öldürülüb. Hücumdan əvvəl mülki şəxslərə dəyən ziyanın minimallaşdırılması üçün tədbirlər görülüb”,- məlumatda qeyd olunub.
Sözügedən şəxsin 7 oktyabr hadisələrində iştirakçı olduğu diqqətə çatdırılıb.