AZ

Qaradağ RİH-də iclas keçirilib - Məmurlara xəbərdarlıq edilib

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyətində rayonun qəsəbənümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurumrəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müşavirədərayon ərazisində mövcud vəziyyət, o cümlədən təmizlik, abadlıq,tikinti və inzibati nəzarət sahələrindəki problemlər müzakirəolunub.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumatverilib.

Bildirilib ki, müşavirəd Prezident İlham Əliyevin verdiyitapşırıqların icrasının RİH və onun qurumları tərəfindən yerlərdətam şəkildə təmin olunmasının vacibliyi xüsusi vurğulanıb.

Toplantıda Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri AnarTağıyev və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birincimüavini Emil Abbasov iştirak ediblər. Çıxış edən Emil Abbasovrayonun bəzi qəsəbələrində mövcud olan nöqsanları diqqətəçatdıraraq, məsul şəxslərə ciddi xəbərdarlıqlar edib və qeyd olunanproblemlərin ən qısa müddətdə aradan qaldırılmasının vacibliyinivurğulayıb.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiriAnar Tağıyev bildirib ki, paytaxtın ümumi inkişaf dinamikasımüsbətdir, Bakı gündən-günə daha da abadlaşır və gözəlləşir. Lakinbununla yanaşı, Qaradağ rayonunun bəzi ərazilərində nöqsanlarmövcüddur və bütün bunlar ümumi mənzərəyə xələl gətirir.

İclas zamanı rayon ərazisində keçirilən monitorinqlər zamanıaşkar edilmiş problemlər konkret faktlarla təqdim olunub. Mövcudçatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlarverilib, nəzarət mexanizmlərinin isə daha da gücləndiriləcəyibildirilib.

Bundan əlavə rayon qəsəbələrində sanitar-təmizlik və qanunsuztikililərlə bağlı məsələlər xüsusi müzakirə mövzusu olub və buistiqamətdə ciddi tənqidlər səsləndirilib. Qeyd olunub ki, tikintisahəsində qanunvericiliyin tələblərinə əməl olunmalı, özbaşınatikililərə qəti şəkildə son qoyulmalı və belə halların qarşısıoperativ şəkildə alınmalıdır. Hər iki istiqamətdə nəzarətin daha dasərtləşdirilməsinin vacibliyi vurğulanıb.

Yol verilmiş nöqsanlara görə məsul şəxslər barədə də müvafiqtədbirlər görülüb. Belə ki, təmizlik sahəsindəki çatışmazlıqlaragörə Lökbatan qəsəbəsi üzrə nümayəndəliyin baş məsləhətçisi HikmətLətifova və Ələt qəsəbəsi üzrə nümayəndə Altay Əliyevə xəbərdarlıqedilib. Qanunsuz tikililərlə bağlı nöqsanlara görə isə Qızıldaşqəsəbəsi üzrə nümayəndə Ruslan Əkbərova və Puta qəsəbəsi üzrənümayəndə Ayaz Dünyamalıyevə ciddi xəbərdarlıqlar olunub.

Sonda tədbirlər planı gəbul edilib və verilən tapşırıqlarınicrasını nəzarətdə saxlanılması üçün məsul şəxslər təyin edilib. Öznövbələrində qəsəbə nümayəndələri nöqsanlarını qəbul edib, bu cürhalların bir daha təkrarlanmayacağına və mövcüd qüsurların tezlikləaradan qaldırılacağına dair söz veriblər.

Seçilən
96
36
az.trend.az

10Mənbələr