AZ

Bakı-Berlin müzakirələrində “yeni mərhələ” dedikləri NƏ?

2026-cı ildə Azərbaycan-Almaniya münasibətləri yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq və strateji maraqlar üzərində inkişaf edir. Prezident İlham Əliyevlə Almaniya kansleri Fridrix Merts arasında telefon danışığı da bunu bir daha sübut edir. Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb.

Prezident və Almaniya kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan

Qeyd edək ki, enerji təhlükəsizliyi, diplomatik səfərlər və regional məsələlərin müzakirəsi əlaqələrin əsasını təşkil edir. 2026-cı ilin fevralında Azərbaycan Prezidentinin Almaniyaya səfəri də iki ölkə arasında aktiv siyasi dialoqun göstəricisidir. İkitərəfli münasibətlər, xüsusilə regional təhlükəsizlik mövzularında fəal müzakirələr aparılır. Azərbaycan–Almaniya münasibətləri praqmatik xarakter daşıyır və strateji maraqlara əsaslanaraq Azərbaycanı Avropaya daha da yaxınlaşdırır. İqtisadi-ticarət əlaqələrinin inkişafına xüsusi önəm verilir. İki ölkə arasında münasibətlər “yeni mərhələyə” qədəm qoyur və enerji sahəsində əməkdaşlıq prioritet olaraq qalır. Bakı-Berlin münasibətlərində “yeni mərhələ”nin kodları nə?

Azər

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov Musavat.com-a bildirdi ki, Azərbaycanla Almaniya arasında əlaqələrin formalaşmasının tarixi kökləri var:


“Bu köklər üzərində ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı davam etdirilməkdidr. Son illər dövlət başçılarının qarşılıqlı səfərlərinin və təmaslarının intensivləşməsi ölkələrimiz arası əlaqələrdə yeni səhifə açıb. Deyə bilərik ki, bu gün Almaniya Azərbaycanın Avropa İttifaqında əsas tərəfdaşlarından biridir. Ölkələrimiz arası əlaqələrin genişlənməsi Avropa İttifaqında mövqeyimizi möhkəmləndirir. Həm də Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1.3 milyard dollardan çox olmaqla 5-ci böyük ticari tərəfdaşımıza çevrilib. Xüsusilə, enerji sahəsində əməkdaşlıq genişlənməkdədir. Azərbaycanda Almaniyanın 200-dən çox şirkəti qeydiyyatdan keçib fəaliyyət göstərir. Bu gün dünya siyasətində davam edən gərginliklər nəticəsində ölkələr arası bağlantı marşrutlarında məhdudiyyətlər yaranıb. Ölkəmizin ərsəyə gətirdiyi nəqliyyat logistik dəhlizləri Almaniya üçün də Asiya ölkələri ilə ticari-iqtisadi əlaqələrin davam etdirilməsində yeni imkanlar qazandırıb. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsilziyində alternativsiz əsas aktora çevrilib. O cümlədən, Almaniya Azərbaycan neftini alır və qazın alıcılardan birinə çevrilib. Həm də bərpaolunan enerji sektorunda əməkdaşlığın genişləndirlməsi nəzərdə tutulur”.

Deputat deyib ki, dövlət rəhbərləri arasında baş tutmuş telefon danışığında da ölkələrimiz arası münasibətlərin inkişafı, regionda baş verən hadisələr, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi və s. məsələlər müzakirə olunub:


“Növbəti dövrdə Azərbaycanla Almaniya arasında münasibətlərin daha dərin və praqmatik xarakter alması nəzərdə tutulur. Bu artıq təkcə diplomatik əlaqələr deyil, strateji maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıqdır. İlham Əliyev ilə Fridrix Merts arasında intensiv təmaslar da bunu təsdiqləyir. Almaniya texnoloji inkişafa nail olmuş ölkədir. Əlaqələrimizin genişlənməsi ölkəmizin texnoloji inkişafını sürətləndirəcək, yeni bazarlara çıxış imkanlarını genişləndirəcək və investisiya axınlarına töhfə verəcəkdir”.

Cavanşir ABBASLI,
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr