AZ

ABB xarici bankda iştirak payı alır

Bakı. Trend:

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətisəhmdarlarına müraciət edib.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin"Vergilər" qəzetinə istinadən xəbər verir.

Bildirilib ki, “Banklar haqqında” Azərbaycan RespublikasıQanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan BeynəlxalqBankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarəHeyəti nəzərə çatdırır ki, 07.05.2026-cı il tarixində Bankınsəhmdarlarının növbəti ümumi yığıncağı (bundan sonra – ÜmumiYığıncaq) keçiriləcək. Bununla yanaşı qeyd edilib ki, “ABB” ASC-ninNizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə,Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindənİnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinetvasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxiledilir:

1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2025-ciilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiqedilməsi;

2. 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-ninsəhmdarlarına dividendin ödənilməsi;

3. “ABB” ASC-nin aktivlərin idarə edilməsi üzrə törəməşirkətinin yaradılması;

4. Xarici bankda iştirak payının (nəzarət səhm paketinin)alınması;

5. “ABB” ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklikedilməsi Ümumi yığıncağın keçirilməsinə dair bildiriş 19.03.2026-cıil tarixindən, gündəliyə çıxarılan məsələlər üzrə müvafiqmateriallar və səvermə bülleteni isə 15.04.2026-cı il tarixindənhər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli DepozitMərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetindəyerləşdiriləcək(invp.e-mdm.gov.az).

“Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinetvasitəsilə 15.04.2026-cı il tarixindən 06.05.2026-cı il tarixinədəkelektron qaydada bildirməklə səsvermədə qiyabi iştirak edəbilərsiniz Yuxarıda qeyd olunan şəkildə elektron qaydada verilmişsəslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyatakeçiriləcək”, - məlumatda qeyd edilib.

Seçilən
91
1
az.trend.az

6Mənbələr