AZ

Semiramis Pekkan xərçəngə qalib gəldi

Xərçənglə mübarizə aparan Ajda Pekkanın bacısı Semiramis Pekkan xərçəngə qalib gəldiyini açıqlayıb...

Poliqon xəbər verir ki, müğənni Semiramis Pekkan ağciyər xərçəngi ilə mübarizəsini tamamlayaraq izləyicilərinə xoş xəbəri verib. Pekkan kimyaterapiya prosesinin sona çatdığını şarlar uçuraraq elan edib.

77 yaşlı Semiramis Pekkan bu xəbəri şəxsi Instagram hesabında paylaşıb. Pekkan paylaşımında yazıb:

"Bugün şar uçurma günümdür. Niyə bilirsiniz? Mən daha əvvəl heç şar uçurmamışdım. Kimyaterapiya bittikdən sonra şar uçurmaq lazım imiş. İnşallah bu şarlar göyə yüksələrkən, mənim də yaşadığım bütün çətinliklər tamamilə bitmiş olacaq. Əslində artıq bitib."

Poliqon.info

Seçilən
46
4
poliqon.info

5Mənbələr