AZ

AAYDA-da daha bir yoxlama başlayır - Saleh Məmmədovun adamı İlham Əzimov vəzifəsində qalacaqmı?

Maliyyə Nazirliyinin ötən ilin sonlarından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) apardığı dolayı monitorinqlərə son verilib. Aparılan yoxlamalarda ortaya külli miqdrda dövlət vəsaitlərinin mənimsənilməsi barədə faktlarının üzə çıxdığı iddia olunur...

AzFakt.com-un əldə etdiyi məlumata görə Maliyyə Nazirliyinin yoxlamasından sonra AAYDA sədri Vüsal Nəsirlinin göstərişi ilə qurumun idarələrində yeni yoxlamalara start verilib. Bu yoxamalardan sonra AAYDA kadr islahatına başlanılacağı və uzun müddətdən bəri qurumda idarə rəisi kimi işləyən və adıları korrupsiyada hallanan məmurların işdən çıxarılacağı gözlənilir. 

Məlumata görə AAYDA sədrinin dəyişdirilməsi və aparılan yoxlamalardan narahat olan məmurlardan biri də 43 saylı Yol İstismar İdarəsinin rəisi İlham Əzimovdur. Bu həmin İlham Əzimovdur ki, onun adı ölkə mətbuatında davamlı olaraq şikayətlərdə keçir. Mətuatda təkzib olunmayan məlumatlarda İlham Əzimovun 43 saylı Yol İstismar İdarəsinin texnikasını, maşınlarını icarəyə verdiyi qeyd olunur. 

İdarə rəsinin hektarlarla torpaq sahələrinin, maşın kolleksiyası, ferması, dəbdəbəli tikdirdiyi malikanəsi olduğu bildirilir. 43 saylı Yol İstismar İdarəsi rəisinin dövlət hesabına rayonda icra nümayəndəsi işləyən qudasına da geniş imkanlar yaratdığı məlumatlar içindədir. Həmçinin, İlham Əzimovun kürəkəninə avtoyuma məntəqələri açdığı, “Range Rover” markalı maşın aldığı da bildirilir.

İlham Əzimov Saleh Məmmədovun sədr olduğu dövrdə 43 saylı Yol İstismar İdarəsini öz şəxsi obyekti kimi işlədib. Belə ki, İ.Əzimov idarənin xeyli sayda işçisinin əmək haqqı kartını özünə götürərək,hər ay dövlətin külli mqidarda vəsaitini mənimsəyib. 

Qeyd edilir ki, bu gün Bərdə rayonunda 43 saylı Yol İstismar İdarəsinin balansına düşən avtomobil yollarının əksəriyyəti bərbad gündədir. Vətəndaşların bərbad yollarla bağlı şikayətlərinə isə İlham Əzimov “vəsait ayrılacağı və yolların düzələcəyi” vədini verməklə illəri yola verib. 

Məlumata görə, AAYDA rəhbərliyinə Vüsal Nəsirli sədr təyin edildikdən sonra İlham Əzimov əl-ayağa düşüb. Belə ki, İ.Əzimovun 43 saylı Yol İstismar İdarəsinin balansında olan bəzi kənd yollarına qrabil tökdürdüyü deyilir.

Lakin AAYDA sədrinin əmri ilə qurumun idarələrində başladılan yeni yoxlama İlham Əzimov çətin vəziyyətə sala bilər. Çünki 43 saylı Yol İstismar İdarəsini uzun müddət şəxsi obyekti kimi istifadə edən idarə rəisinin sonu təkcə işdən çıxarılması ilə bitməz daha ağır hüquqi nəticələr doğurar.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr