AZ

İran üçün Hörmüz boğazının bağlanması özünümüdafiə tədbiridir Parlament sədri

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran Məclisinin (Parlament) sədri Məhəmməd Baqir Qalibaf Hörmüzün Tehranın iradəsi ilə deyil, özünümüdafiə tədbiri olaraq bağlandığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qalibaf bildirib: "Əgər Hörmüz boğazı bu gün bağlanıbsa, bu, İranın özünün onu bağlamaq qərarına gəlməsi ilə bağlı deyil, bizim özümüzü müdafiə etməli olduğumuz üçündür".

Onun sözlərinə görə, İsrail və ABŞ-nin İrana qarşı təcavüzü səbəbindən "boğaz artıq eyni səviyyədə təhlükəsizlik olmadığı üçün nə hüquqi, nə də naviqasiya baxımından əvvəlki vəziyyətində qala bilməz".

Qeyd edək ki, ABŞ-İsrail arasında İrana qarşı hücumlar və İranın cavab zərbələri Hörmüz boğazından keçən gəmilərin hərəkətini faktiki olaraq dayandırıb və bu da enerji qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
redaktor.az

2Mənbələr