AZ

“Fox News”: İranda real hakimiyyət SEPAH-ın əlinə keçib, Müctəba Xamenei faktiki rəhbər deyil

İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin real hakimiyyətə malik olmadığı bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı İsrailin milli təhlükəsizlik dairələrindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, atasının ölümündən sonra ölkənin yeni Ali Rəhbəri elan edilən Müctəba Xamenei faktiki olaraq ölkəni idarə etmir.

Mənbələr iddia edir ki, o, yalnız nominal fiqurdur və real hakimiyyət rıçaqları hazırda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin əlində cəmləşib.

Qeyd olunur ki, yeni rəhbərin təyinatı sülalə hakimiyyəti görüntüsü yaratsa da, daxili qruplaşmalar arasında ciddi nüfuz savaşı davam edir.

İsrail kəşfiyyatının analitikləri hesab edirlər ki, Müctəba Xameneinin geniş dini legitimliyinin və siyasi təcrübəsinin olmaması onu ordudan və xüsusi xidmət orqanlarından asılı vəziyyətə salıb.

Hazırda ölkədəki strateji qərarların Ali Rəhbər tərəfindən deyil, SEPAH generallarından ibarət qapalı şura tərəfindən qəbul edildiyi vurğulanır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
71
interpress.az

1Mənbələr