AZ

Gənc sürücülərin təhlükəli həvəsi - Faciəvi nəticələri ola bilər

Avtomobilin ön hissəsini qaldırmaq üçün son zamanlar sürücülər arasında yeni üsullar yayılıb. Bəzi sürücülər yayları kəsmədən, sadəcə konstruksiyada dəyişiklik edərək avtomobilin arxa hissəsini aşağı, ön hissəsini isə yuxarı vəziyyətdə saxlayırlar. Sosial şəbəkələrdə yayılan görüntülərdə isə bəzi ustaların sürücüləri bu cür qanun pozuntularına təşviq etdiyi görünür.

Day.Az xəbər verir ki, avtomobil ustalarının sözlərinə görə, son dövrlərdə bu cür müraciətlər artıb. Lakin bu dəyişikliklər avtomobilə ciddi zərər vurur. Xüsusilə gənc sürücülər arasında bu cür "modifikasiya" daha çox yayılıb. Onlar avtomobilin zavod konstruksiyasında olan standart hündürlüyünü dəyişdirir, təkərlərə speser qoyaraq şinləri kənara çıxarırlar. Ustalar isə bildirir ki, bu cür müdaxilələr qətiyyən məsləhət görülmür və avtomobil üçün olduqca zərərlidir.

Mütəxəssis Dəniz Ağabəyli Xəzər Xəbər-ə açıqlamasında deyib ki, yayların qızdırılması və ya kəsilməsi həyati təhlükə yaradır. Avtomobil hərəkətdə olarkən yolda nahamarlıqlar, yoxuşlar və ya qəfil maneələrlə qarşılaşdıqda, ani əyləcləmə zamanı yayların qırılması riski artır. Bu isə təkərlərin bucaqlarının dəyişməsinə, avtomobilin ön və ya arxa hissəsinin çökməsinə səbəb ola bilər.

O qeyd edir ki, yayları kəsmək və ya qızdırmaq düzgün deyil. Çünki metal yüksək temperaturun təsiri altında öz keyfiyyətini itirir, zəifləyir və nəticədə qırılma ehtimalı artır. Bu da avtomobilin balansının pozulmasına gətirib çıxarır.

Seçilən
44
day.az

1Mənbələr