AZ

“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 19 mart, AZƏRTAC

Türkiyənin “Qalatasaray” klubunun bu mövsüm UEFA Çempionlar Liqasından qazandığı məbləğ bəlli olub.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi ümumilikdə 53,5 milyon avro gəlir əldə edib.

Komanda ötən gecə turnirin 1/8 final mərhələsində İngiltərə nəhəngi “Liverpul”a 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Okan Burukun baş məşqçisi olduğu kollektiv 1/4 finala yüksələ bilmədiyi üçün əlavə 12,5 milyon avro mükafatı qazanmaq şansını əldən verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
5
azertag.az

7Mənbələr