AZ

DTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində qərar qəbul edildi

Bakı.Trend:

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovunhəbs müddəti uzadılıb.

Trend xəbər verir ki, məhkəmə istintaq orqanının vəsatətinitəmin edərək müvafiq qərarı Səbail Rayon Məhkəməsində çıxarıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi iləittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidmətitərəfindən həbs edilib.

O, həmçinin ötən il mayın 13-də İmişli Rayon AğsaqqallarŞurasının sədri vəzifəsindən azad edilib.

Seçilən
56
27
az.trend.az

10Mənbələr