İran Məclisinin (Parlament) sədri Məhəmməd Baqir Qalibaf Hörmüzün Tehranın iradəsi ilə deyil, özünümüdafiə tədbiri olaraq bağlandığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qalibaf bildirib: "Əgər Hörmüz boğazı bu gün bağlanıbsa, bu, İranın özünün onu bağlamaq qərarına gəlməsi ilə bağlı deyil, bizim özümüzü müdafiə etməli olduğumuz üçündür".
Onun sözlərinə görə, İsrail və ABŞ-nin İrana qarşı təcavüzü səbəbindən "boğaz artıq eyni səviyyədə təhlükəsizlik olmadığı üçün nə hüquqi, nə də naviqasiya baxımından əvvəlki vəziyyətində qala bilməz".
Qeyd edək ki, ABŞ-İsrail arasında İrana qarşı hücumlar və İranın cavab zərbələri Hörmüz boğazından keçən gəmilərin hərəkətini faktiki olaraq dayandırıb və bu da enerji qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.
Aminə ŞAHSUVARQIZI