GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Cо Kentin istefasından sonra yeni iddialar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirlib ki, Kent məlumat sızdırıb və Prezidentlə brifinqlərdən uzaqlaşdırılıb:
“Kent istefasından əvvəl Federal Təhqiqat Bürosu (FTB) tərəfindən araşdırılırdı. O, amerikalı jurnalist Taker Karlsona və mühafizəkar podkast aparıcısına məlumat sızdırmaqda şübhəli bilinirdi. Həmçinin iddia edilir ki, FTB Kenti İsrail və İranla bağlı kəşfiyyat məlumatları ilə bağlı araşdırıb”.
Hesabatda qeyd olunur ki, Kent bu iddialarla bağlı şərh verməyib.
Qeyd edək ki, martın 17-də Cо Kent İrana hücumlara görə istefa verib. “Tehran birbaşa təhlükə yaratmırdı və müharibə qərarı ABŞ-dakı İsrail lobbisinin təzyiqi altında qəbul olunub. Prezidentə yanlış təsəvvür aşılanıb. İrandan təhlükə olduğu məlumatı həqiqət deyildi”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.