Bakı, 19 mart, AZƏRTAC
Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi ürək sözlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
Səfir Azərbaycan xalqına əmin-amanlıq və rifah arzu edib.
Marianxeles Belluşi deyib: “Argentinanın Azərbaycandakı səfiri kimi, AZƏRTAC vasitəsilə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməkdən çox məmnunam. Qoy vətəninizdə daim sülh, harmoniya, bolluq, sevinc və sevgi hökm sürsün. Azərbaycan ilə Argentina arasında dostluq əbədi olsun.
Novruz bayramınız mübarək!”
Müxbir – Fidan Əlizadə