AZ

“Donald Tramp İranın cavab tədbirlərindən şoka düşüb” - Den Kayn

"ABŞ Prezidenti Donald Tramp ümumiyyətlə çox adamın xəbərdarlıqlarına məhəl qoymadı və İranın müqavimətini ciddiyə almadı”.

Missiya.Az xəbər verir ki, bunu ötən gün istefa verən ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) direktoru Co Kent Taker Karlsona müsahibəsində deyib.

Onun sözlərinə görə, Birləşmiş Qərargahlar Komitəsinin rəisi Den Kayn Trampa Hörmüz boğazının bağlanması ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi, o isə bunu ciddiyə almadı və dedi ki, nə olursa olsun ABŞ ordusu qısa zamanda bunu həll edə biləcək.

“Donald Tramp İranın ümumiyyətlə müqavimətini ciddiyə almırdı. Amma müharibə başlayandan sonra İranın cavab tədbirlərindən həqiqətən də olduqca şok olmuşdu. Tramp İranın bu qədər nəzarətdən çıxacaq zərbələrə əl atacağını düşünmürdü. Bu məncə onun ən böyük səhvi idi. Eyni zamanda Tramp İranla anlaşmağa hər dəfə çalışanda İsrail bunu pozurdu. Bu baxımdan Tramp İsraili də nəzarətə almalıdır. Mən bütün görüşlərdə administrasiyanın İranın cavab tədbirlərindən şoka düşdüyünü gördüm", - deyə Kayn vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
77
missiya.az

1Mənbələr