AZ

BAK-ın dəstəyi ilə şəhid ailələri ziyarət edilib



Ramazan ayı ərəfəsində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) dəstəyi ilə şəhid ailələri ziyarət edilib.

Newscenter.az xəbər verir ki, ziyarətin əsas məqsədi Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə mənəvi dəstək göstərmək, onların qayğıları ilə yaxından maraqlanmaq və onlara dərin ehtiramımızı ifadə etmək idi.

Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi böyük hörmət və minnətdarlıq hissi ilə yad edilib, onların göstərdiyi şücaət və fədakarlığın xalqımız üçün nə qədər dəyərli olduğu bir daha vurğulanıb.

Eyni zamanda, ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların gündəlik problemləri dinlənilib və bu istiqamətdə mümkün dəstəyin davamlı olacağı bildirilib.

Bu cür təşəbbüslər cəmiyyətimizdə birlik, həmrəylik və milli dəyərlərə bağlılığın gücləndirilməsinə xidmət edir. Şəhid ailələrinə diqqət və qayğının göstərilməsi hər birimizin vətəndaşlıq borcu olmaqla yanaşı, həm də gələcək nəsillərə ötürülməsi vacib olan mənəvi məsuliyyətdir.

Süleyman
Seçilən
77
1
newscenter.az

2Mənbələr