AZ

Latviyada azərbaycanlı tələbəyə 11 il həbs cəzası VERİLDİ

Latviyada yaşayan Azərbaycan vətəndaşı Əli Xəlilov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Latviya mətbuatı məlumat yayıb.

Latviyada təhsil alan Azərbaycan vətəndaşı Əli Xəlilov Rusiya ordusuna hərbi yardım göstərən mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmünə əsasən, o, həmçinin üç il müddətinə probasiya nəzarətinə götürülüb.

İttiham aktına görə, Xəlilovun başçılıq etdiyi qrup Avropa ölkələrindən “Starlink” peyk rabitə sistemləri, zirehli jiletlər, optik nişangahlar və digər hərbi təyinatlı ləvazimatlar əldə edərək onları qanunsuz yollarla Rusiyaya göndərib.

Prokurorluq qeyd edib ki, xüsusilə döyüş dronlarına quraşdırıla bilən “Starlink Mini” avadanlıqlarının ötürülməsi beynəlxalq sanksiyaların ciddi şəkildə pozulması və Ukraynaya qarşı hərbi fəaliyyətə dəstək kimi qiymətləndirilib.

Əli Xəlilov özünü təqsirli bilmir və məhkəmənin çıxardığı bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

Hazırda o, Riqa Mərkəzi Həbsxanasında saxlanılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
92
interpress.az

1Mənbələr