“Soyuz-5” raket daşıyıcısının Baykonurdakı “Bayterek” kompleksindən ilk buraxılışı 27 mart tarixinə planlaşdırılır.
Herbiand.az bildirir ki, bu barədə Kondinski rayon administrasiyası (Xantı-Mansiyski muxtar dairəsi - Yuqra) İnterfaks agentliyinə məlumat verib.
Yerli hakimiyyət orqanları rayon sakinlərini, xüsusən də Yaqodnı, Leuşi, Listveniçnı, Mejdureçenski, Mortka və Kuminski yaşayış məntəqələrini “Soyuz-5” raket daşıyıcısının 27 mart tarixində yerli vaxtla saat 16:00-da Baykonur kosmodromundan buraxılmasının planlaşdırıldığı barədə xəbərdar edib.
Sakinlərdən həmçinin, müəyyən edilmiş tarixlərdə meşələrə, yollara, açıq ərazilərə, ovçuluq və balıqçılıq daxmalarına mümkün qədər getməmələri xahiş olunub.
Bəxtiyar CƏFƏRLİ