AZ

Qardaşı arvadını döydü Bu evdən çıx get

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Biləsuvar rayonunda 1982-ci il təvəllüdlü Şahlar ailə münaqişəsi zəminində qardaşı arvadı Nərminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evin həyətində baş verib. Şahlar Nərminəni döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Şahların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Şahlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Şahlar ifadəsində göstərib ki, qardaşı Elçin 2012-ci ildə Nərminə ilə ailə həyatı qurub, bu evlilikdən bir övladları anadan olub:“2018-ci ildə qardaşım arvadı Nərminədən boşandı. 2021-ci ildə yenidən qardaşım ilə arvadı yaşamağa başladılar. 2024-cü ildə yenidən onların aralarında baş vermiş mübahisəyə görə məhkəməyə müraciət edərək boşandılar. Məhkəmənin qərarı ilə qardaşım aliment ödəsə də, arvadı ilə bir həyətdə yaşamaları barədə qərar qəbul olunduğuna görə bir həyətdə yaşadılar”. Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin noyabrın 10-da, saat 19 radələrində yaşadıqları evin həyətində olan zaman orada qardaşı Elçinin keçmiş arvadı Nərminəni görüb: “Həmin zaman Nərminəyə bizim evimizdən çıxaraq getməsini bildirdim. Bundan sonra o, məni söyüş söydü. Buna görə ona bir dəfə şillə və bir dəfə yumruq zərbəsi ilə sifət nahiyəsindən vuraraq onu döydüm”.Zərərçəkmiş Nərminənin sözlərinə görə, ailədaxili narazılıqlara görə əri Elçinlə 2018-ci ildə ayrılıb:“Məhkəmənin qətnaməsi çıxdıqdan sonra mən Elçingilin yaşadığı evdə yaşamağa başladım. Həmin müddətdən indiki zamana kimi həmin evdə yaşadığıma görə evdə mübahisələr və narazılıqlar baş verib. Noyabrın 10-da, saat 19 radələrində yaşadığımız evdə olan zaman qaynanam Gülsüm və qaynım Şahlar mənimlə mübahisə etdilər. Məni söyüb təhqir etdilər. Həmin zaman qaynım üzərimə gələrək mənim həmin evdən çıxmağımı dedi, mənimlə mübahisə etdi. Sonra bir dəfə yumruq və bir dəfə şillə zərbəsi ilə sifət nahiyəmdən vuraraq məni döydü”. Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Şahların barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
demokrat.az

1Mənbələr