AZ

Bu yazı sadəcə bir mətn deyil…

Bu yazı sadəcə bir mətn deyil…

Şeirlərimi oxumadan əvvəl baxış bucağınızı dəyişmək üçün yazılıb.


Funksional asılılıq (elmi yanaşma ilə açılış)

İnsan anlayışı təkcə bioloji varlıqla məhdudlaşmır; o, eyni zamanda riyazi, fiziki, kimyəvi və həndəsi sistemlərin kəsişmə nöqtəsində yerləşən çoxqatlı bir strukturdur.

Riyazi baxımdan “sıfır” çox zaman heçlik kimi qəbul olunsa da, əslində o, ədədlər sisteminin başlanğıc nöqtəsi və potensial çoxluğun əsasını təşkil edir. Ədədin önünə və ya arxasına yerləşdirilən sıfır müxtəlif nəticələr doğurduğu kimi, insan da mühitə və şəraitə görə fərqli mənalar qazanır. Bu mənada sıfır yalnız boşluq deyil, həm də başlanğıc və imkanların simvoludur.

Kimyəvi yanaşmada insan orqanizmi müxtəlif elementlərin və birləşmələrin, xüsusilə H₂O-nun sintezindən ibarətdir. Bu isə insanın təbiətlə, xüsusilə torpaq və su ilə birbaşa bağlılığını göstərir. Beləliklə, insanın yaranışı və sonu təbiətin ümumi dövranı ilə uzlaşır.

Həndəsi baxımdan isə insanı mərkəz (nüvə), radius və çevrə ilə müqayisə etmək mümkündür. Mərkəz daxili mahiyyəti, radius inkişaf və hərəkəti, çevrə isə insanın mövcudluq sərhədlərini ifadə edir. Paralel və perpendikulyar xətlər kimi anlayışlar insanın həyatdakı mövqeyini və istiqamətini simvolizə edir.

Bütün bu yanaşmalar göstərir ki, insan vahid sistem daxilində fəaliyyət göstərən çoxşaxəli bir varlıqdır. Kainatda mövcud olan bütün elementlər və proseslər bir-biri ilə qarşılıqlı əlaqədə olub ümumi vəhdət yaradır.

Bu baxımdan insanın özünü tanıması yalnız daxili hisslərlə deyil, həm də bu sistemlərin dərk edilməsi ilə mümkündür.


Söz otağındır
*****
Mən indi söyləyim, özünü tanı,
Tən bölünüb, özünlə, ortaq bölənsən.
Fikirlər toplayıb, uzaq görənsən,
Bu başdan, o başa fikir hörənsən!
*****
Qaynaq olub elimlə, kilidlənmisən,
Bilmədiyin yox isə sonsuzdur yolun.
Nələrdən keçib sən, biliklənmisən,
Hər zaman açıqdır, sonsuzluq yolun.
*****
Tanıyıb tapmısan, ortaq bucağam,
Fikirlər paralel, birgə səslənir.
Sən laməkan olsanda, bilmə uzağam,
Axarda fikirlər birgə bəslənir.
*****
Sən fikir qaynağı, çevrən doludur,
Radiusun nüvəndə, sıfır nöqtəsi.
Keçdiyin bu yollar * öyrən* yoludur,
Olmusan insana vergi töhfəsi.
*****
Toplanıb çıxılan, azalan ədəd,
Səninlə bərabər söz ortağındır.
Kökaltdan çıxanda yazılan ədəd,
Axarı izləyən, göz ortağındır.

Təranə Şəms. 
18.03.2026

Seçilən
13
azia.az

1Mənbələr