AZ

Qətər iranlı diplomatlara 24 saat vaxt verdi: Ölkəni tərk edin

Qətər Xarici İşlər Nazirliyi İranın hərbi və təhlükəsizlik attaşelərinə və onların əməkdaşlarına 24 saat ərzində ölkəni tərk etmələrini əmr edib.

Publika.az BBC-yə istinadla xəbər verir ki, nazirliyin açıqlamasında deyilir: “Həm hərbi attaşe, həm də səfirliyin təhlükəsizlik attaşesi, eləcə də işçi heyəti arzuolunmaz şəxs elan edilib və biz onların ölkəni maksimum 24 saat ərzində tərk etmələrini tələb edirik”.

Bu, İranın neft və qaz obyektlərinin yerləşdiyi “Ras Laffan” sənaye mərkəzinə hücumundan sonra baş verib.

Qətər hakimiyyəti əvvəllər “Ras Laffan”a edilən hücumun milli təhlükəsizliyə birbaşa təhdid olduğunu bildirmişdi.

Seçilən
18
3
publika.az

5Mənbələr