AZ

İran rəsmisi: Hörmüz boğazı özünümüdafiə məqsədilə bağlanıb

BAKI, 19 mart. TELEQRAF

Hörmüz boğazının fəaliyyətinin dayandırılması Tehranın şəxsi istəyi deyil, yalnız təhlükəsizlik mülahizələri ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə İran İslami Şura Məclisinin (parlament) sədri Məhəmməd Baqer Qalibaf bildirib.

Onun sözlərinə görə, mövcud durum İslam Respublikasının birtərəfli iradəsinin nəticəsi deyil, yaranmış hərbi zərurətdən qaynaqlanır:

"Su keçidinin qapadılması İranın qərarı deyil, özümüzü müdafiə etmək ehtiyacımızdan irəli gələn addımdır".

M.B.Qalibaf vurğulayıb ki, ABŞ və İsrailin ölkəsinə qarşı atdığı hərbi addımlar regionda gəmiçilik təhlükəsizliyini sarsıdıb. O əlavə edib ki, ərazi lazımi mühafizə səviyyəsini itirdiyi üçün strateji boğaz nə hüquqi, nə də naviqasiya baxımından əvvəlki statusunu qoruya bilməz.

Seçilən
26
teleqraf.com

1Mənbələr