AZ

Reuters: Səudiyyə Ərəbistanının Yanbu limanına hava hücumu edilib

Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına hava hücumu edilib.

Reuters agentliyi bu barədə məlumat yayıb.

Nəşr bildirir ki, "Yanbuda hücumun hədəfinin dəqiq nə olduğu hələ də məlum deyil".

Qeyd olunur ki, Hörmüz boğazının bloklanması səbəbindən hazırda Yanbu Səudiyyə Ərəbistanının neft ixracı üçün yeganə məntəqədir. Şəhərdə Saudi Aramco şirkətinə məxsus böyük neft emalı zavodu yerləşir.

Seçilən
5
aznews.az

1Mənbələr