AZ

Türkiyədə azərbaycanlını döyüb eyvandan atdılar — Vəziyyəti ağırdır

Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.

Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A.-nı döyüblər.

Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək, təcili tibbi yardım çağırıblar.

Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır. (qafqazinfo)


Seçilən
33
12
azia.az

10Mənbələr