AZ

Slot "Qalatasaray" üzərində qələbədən nə danışdı?

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının dörddəbir finalına yüksəldikdən sonra fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, onun dediklərini "TNT Sports" belə təqdim edib:

"Çıxışımızı çox bəyəndim. Bu mövsüm bu qədər qol şansını qaçırdığımız təəssüf doğurur, amma yeganə şikayətim budur. "Qalatasaray"a demək olar ki, heç şans vermədik, eyni zamanda özümüz daim təhlükə yaratdıq. Yəni, bu gün sadəcə qapımızı toxunulmaz saxlamadıq, rəqiblərimizin qol şansı yaratmasının da qarşısını tamamilə aldıq". 

"Qırmızılar" evdə Türkiyənin "Qalatasaray" komandasını 4:0 hesabı ilə məğlub edib və beləliklə ümumi hesabda (4:1) üstünlük qazanaraq 1/4 finala adlayıb. 

"Liverpul" 1/4 finalda "Çelsi"ni turnirdən kənarlaşdıran PSJ ilə qarşılaşacaq.

Seçilən
36
1
fanat.az

2Mənbələr