AZ

Onlarda 7 manat, bizdə isə 25 qəpik – Keşnişin qiyməti müzakirə yaratdı

Türkiyənin İstanbul şəhərində keşnişin qiyməti sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Musavat.com xəbər verir ki, məlumatı həmin ölkədə yaşayan jurnalist Dərya Nur Cəfərova paylaşıb. Onun sözlərinə görə, qablaşdırılmış formada satılan 1 dəstə keşnişin qiyməti Azərbaycan pul vahidi ilə 7 manat 10 qəpik təşkil edir. Jurnalist qeyd edib ki, bu məhsulu 7 manatdan ucuz tapmaq demək olar ki, mümkün deyil.

Maraqlıdır ki, şərhlərdə fərqli qiymətlər də səsləndirilib. Bəzi istifadəçilər bildiriblər ki, Ankara şəhərində keşnişin 1 dəstəsi təxminən 60 qəpiyə, kilosu isə 5 manata təklif olunur.

Qiymətlər arasındakı fərq Azərbaycanla müqayisədə daha qabarıq görünür. Belə ki, Azərbaycanda 1 dəstə keşnişin qiyməti cəmi 25 qəpik təşkil edir. Bu isə İstanbul ilə müqayisədə dəfələrlə ucuz deməkdir.

göyərti.jpg

Şahanə Rəhimli
Musavat.com

Seçilən
40
6
musavat.com

7Mənbələr