AZ

Əraqçi: Pentaqonun 200 milyard dollara ehtiyacı olduğu barədə məlumatlar aysberqin görünən tərəfidir

İranın xarici işlər naziri Abbas Əraqçi Pentaqonun İrana qarşı əməliyyatın davam etdirilməsi üçün 200 milyard dollardan çox vəsait tələb etməsi barədə məlumatları şərh edib.

"Far.Az" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

A.Əraqçinin sözlərinə görə, səsləndirilən məbləğ nəzərdə tutulan xərclərin yalnız bir hissəsidir:

"Bu 200 milyard dollar aysberqin yalnız görünən hissəsidir. Amerikalılar tezliklə ABŞ iqtisadiyyatına zərbə vura biləcək trilyonluq "İsrailin prioriteti vergisi" üçün bu ölkənin Baş naziri Benyamin Netanyahu və onun Konqresdəki tərəfdarlarına təşəkkür edə bilərlər".

Qeyd edək ki, daha əvvəl "The Washington Post" qəzeti ABŞ Müharibə Nazirliyinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün 200 milyard dollardan çox vəsaitin alınmasında təkid etdiyi barədə məlumat yaymışdı.

Seçilən
29
1
far.az

2Mənbələr