Təl-Əviv gecə saatlarında raket hücumuna məruz qalıb, şəhər üzərində ard-arda partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.
"Cebheinfo.az" xəbər verir ki, yerli mənbələrin məlumatına görə, həyəcan siqnalları səsləndirildikdən dərhal sonra səma işıqlanıb, müdafiə sistemləri hücum edən raketləri havada zərərsizləşdirməyə başlayıb.
Şəhərin müxtəlif istiqamətlərində güclü partlayış səsləri qeydə alınıb.İsrailin “Kanal 12” televiziya kanalı ölkənin mərkəzindəki bir çox şəhərlə yanaşı, işğal altında olan Qərb Sahilində də siqnalların səsləndiyini bildirib.
İsrailin təcili yardım xidməti “Magen David Adom” hələlik hər hansı bir zərbə və ya xəsarət barədə məlumat daxil olmadığını, lazım gələrsə məlumatın yenilənəcəyini açıqlayıb.
İsrail ordusu təhlükənin sona çatdığını və sığınacaqlardan çıxmağın mümkün olduğunu bildirib.