İsrail ordusunun dünən Livanın cənubunda hərbi əməliyyatları zamanı 20-dən çox Hizbullah döyüşçüsü öldürülüb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlum yayıb.
Məlumata görə, Hizbullah döyüşçüləri Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində öldürülüb.
IDF sərhəddə Hizbullah təhlükəsini aradan qaldırmaq üçün Livanın cənubunda qoşunlarının sayını daha da artırmaq və bufer zonasını genişləndirmək məqsədilə hazırlıqlarını davam etdirir.