AZ

TAİB Bayram Məmmədovun 70 illik yubileyi və Novruz bayramı münasibətilə tədbir keçirdi - FOTOLAR

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin mərkəzi ofisində təşkilatın İdarə Heyətinin üzvü Bayram Məmmədovun 70 illik yubileyi və Novruz bayramı münasibətilə tədbir keçirilib.

Missiya.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədri, akademik Sudeyif İmamverdiyev iştirakçıları Novruz bayramı və Ramazan bayramı münasibətilə təbrik edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəni-mənəvi irsimizə xüsusi diqqət göstərir. Onların rəhbərliyi ilə bütövləşən ölkəmizin hər yerində bu bayram Şanlı Qələbənin gətirdiyi Zəfər ruhunda qeyd olunur. TAİB sədri həmçinin yubilyar Bayram Məmmədovun ictimai fəaliyyətindən və təşkilat daxilindəki rolundan bəhs edib.

Tədbirdə Birliyin sədr müavini Eyvaz Hünbətov da çıxış edərək iştirakçıları milli-mənəvi dəyərlərimizin ruhunu yaşadan Novruz bayramı münasibətilə təbrik edib, eyni zamanda Novruz Məmmədov haqqında xoş sözlər deyib.

Milli Məclisin deputatı Səbinə Xasayeva Bayram Məmmədovun uzun illər ərzində göstərdiyi ictimai fəaliyyətdən, türk dünyası arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb.

Tədbirdə çıxış edənlər arasında uzun illər metropoliten sahəsində çalışmış, “Tərəqqi” medal ilə təltif olunan Behbud Behbudov da yer alıb. O, çıxışında yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

TAİB-in İdarə Heyətinin üzvləri qeyd ediblər ki, Bayram Məmmədovun fəaliyyəti təşkilatın inkişafında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayıb. Onlar yubilyarı təbrik edərək ona uzun ömür arzulayıblar.TAİB İdarə Heyətinin üzvü, yubilyar Bayram Məmmədov çıxış edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib, fəaliyyətini bundan sonra da eyni əzmlə davam etdirəcəyini qeyd edib.

Tədbirdə Missiya Media Qrupu tərəfindən hazırlanmış vətənpərvərlik ruhunda mahnı iştirakçılar tərəfindən xoş ovqatla qarşılanıb. Sonda xatirə şəkilləri çəkdirilib.Nurlana ƏhmədovaMissiya.Az  

Seçilən
58
missiya.az

1Mənbələr