AZ

Amerikalı insan hüquqları müdafiəçisi: ABŞ İrana quru qoşunları göndərməkdən qorxur

ABŞ İrana quru qoşunları göndərməkdən qorxur, çünki bunun onları illərlə münaqişəyə sürükləyə biləcəyini başa düşürlər.

Herbiand.az bildirir ki, bu barədə tanınmış amerikalı insan hüquqları müdafiəçisi və “İranın Müdafiəsində: Amerika sülh nümayəndəliyinin İslam Respublikasına səfərindən qeydlər” kitabının müəllifi Fil Uilayto RİA Novosti agentliyinə bildirib.

“ABŞ istənilən müharibədə olduğu kimi, İrana da quru qoşunları göndərməkdən qorxur, çünki bunun illərlə davam edə biləcəyini və Amerika ictimaiyyətinin bunu qəbul etməyəcəyini bilir”, - Uilayto deyib.

O, təxmin edib ki, Vaşinqton bir məqamda qələbəsini sadəcə elan edəcək və İranla müharibəyə son qoyacaq. Amerikalı insan hüquqları müdafiəçisi həmçinin xəbərdarlıq edib ki, taktiki nüvə silahlarından istifadə səhv olar və bütün dünya üçün təhlükəli olacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
53
herbiand.az

1Mənbələr