AZ

Azərbaycan çempionatı: Finalçılar bilindi

Minifutbol üzrə Azərbaycan çempionatının finalında qarşılaşacaq komandalar bəlli olub.

Msport.az xəbər verir ki, həlledici görüşün iştirakçılarının adına yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gəlib.

“Zirə” “Sumqayıt”ı 5:2 hesabı ilə məğlub edib. İlk oyunda da 3:1 hesabı ilə qalib gələn “Zirə” finala adlayıb.

Digər yarımfinal oyunu “Aznur” və “Birbaşa Bakı” arasında baş tutub. Matç 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 2:1 üstün olan “Birbaşa Bakı” finala yüksəlib.

Final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda reallaşacaq. Üçüncü yer uğrunda görüşdə isə “Sumqayıt” və “Aznur” komandaları qarşılaşacaq.

Seçilən
23
2
msport.az

3Mənbələr