AZ

Ramazan bayramı ilə bağlı fətva verilib

Bakı. Trend:

Ramazan bayramı ilə bağlı fətva verilib.

Trend xəbərverir ki, bu, QMİ sədri Allahşükür Paşazadənin bayram təbrikindəəksini tapıb.

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş vəbacılarımız!

İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinəyetişən Azərbaycan və dünya müsəlmanlarını təbrik edir,Allah-Taaladan oruc ibadətlərimizin qəbul, dualarınızın müstəcabolmasını diləyirəm.

Bu il Rəbbimizin vacib ilahi əmri olan müqəddəs Ramazan BayramıAzərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmiolan Novruz Bayramı ilə üst-üstə düşür ki, bu da onlarınmübarəkliyini və ülviliyini daha da artırır. Uca Yaradanahəmd-sənalar olsun, biz müsəlmanlar bu müqəddəs və mübarəkbayramları Ulu Rəbbimizin Lütfü, Vətən övladını xoş əməllərə, nəcibvə xeyirxah işlərə sövq edən, qəlbindəki ülvi arzuları dirçəldənməqamlar kimi dəyərləndirir, şükürlər edirik.

Uca Allaha çox şükürlər olsun ki, əziz bayramlarımız dövlətimizvə millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına vəbeynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. AzadQarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri,soydaşlarımızın dədə-baba yurdlarına Böyük Qayıdışı, həyatşəraitlərinin yüksək səviyyədə təmin olunması hər birimizin qəlbinifərəhləndirir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlətbaşçımız Prezident Ilham Əliyev cənablarının möhkəm iradə iləyeritdiyi müzəffər dövlət siyasətində, müdrik layihə vətəşəbbüslərdə görür, bütün sahələrdə qazanılan nailiyyətlərinyüksəliş yolunu təqdir edir.

Allaha şükürlər olsun ki, dövlət rəhbərimizin milli-mənəvidəyərlərimizə, İslami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlımünasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəniabidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində özyüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azadQarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalmasıtarixi və ilahi ədalətin bərpasını təcəssüm etdirir. Bu günQarabağın işğaldan azad olmuş bütün məkanlarında, o cümlədən, azadŞuşa və Xankəndində bayram ibadətlərində, qədim ənənələrə uyğunNovruz tonqalları ətrafında bizlərə, bütün xalqımıza bayramsevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir,xalqımızın və qəhrəman ordumuzun müzəffər sərkərdəsinə dərinminnətdarlığımızı bildiririk.
Qarabağ Zəfəri daim hər bir azərbaycanlının dualarında olmuşdur.Həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda,Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər. Onlarınhər birinin boynumuzda haqları vardır, bu əziz Ramazan və Novruzgünlərində Vətən uğrunda şəhid olan, Qarabağda dalğalananAzərbaycan bayrağı naminə canından keçən qəhrəman övladlarımızırəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığıvermək, qazilərimizə, yaralılarımıza Allah-Təaladan şəfaət diləməkbizim vəfa borcumuzdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusiadına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanlarıİdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı –Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan MüsəlmanDini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən FətvaŞurasının qəbul etdiyi Fətvaya əsasən, bu il Şəvval ayının 1-iRamazan bayramı, inşallah, Miladi təqvimlə martın 20-nə təsadüfedir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtıRamazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsəadambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanınailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara,ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayramovqatı yaşatmaq məramı daşıyır.
Əziz həmvətənlər! Bir daha əziz bayramlar – Eydül-Fitr səadətinəyetişən bütün dünya müsəlmanlarını, o cümlədən, Novruz sevinciniyaşayan xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızıyetiririk. Uca Allah bütün dua və ibadətlərimizi qəbul etsin, hərzaman yardımçımız olsun! Allah-Təala dünyadakı qarşıdurmalarıntezliklə sülh və danışıqlar yolu ilə bitməsini nəsib etsin! UcaRəbbimiz müstəqilliyimizi əbədi, dövlət rəhbərimizi müzəffər,xalqımızı hər zaman qalib qərar versin! Allah-Təala Azərbaycanıqorusun!", - təbrikdə bildirilib.

Seçilən
54
28
az.trend.az

10Mənbələr