AZ

Aktrisanın olduğu restoranda İNSİDENT – 4 nəfər SAXLANILDI

Xəbər verildiyi kimi aktrisa Üzel Kərimovanın başına iş gəlib.

Bu barədə o özü paylaşım edib. Aktrisanın sözlərinə görə ötən gün əyləndikləri məkanda rəfiqəsinin həyat yoldaşına 4 nəfər xəsarət yetirib. Dostunun əri hadisədən sonra xəstəxanaya yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO


Məsələ ilə bağlı Daxili işlər Nazirliyindən Bizim.Media-ya açıqlama verilib. Bildirilib ki, martın 18-i axşam saatlarında paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən restoranda baş vermiş insidentlə bağlı araşdırma aparılır.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

Seçilən
46
bizim.media

1Mənbələr