AZ

Vəziyyətdən sui istifadə edən moto kuryer 100 manatlıq qayda pozdu VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 3-də, paytaxtın 28 May küçəsində qeydə alınıb. Belə ki, tıxac zamanı sözügedən küçədə hərəkət edən "Yango" daşıma şirkətinə məxsus moto kuryer vəziyyətdən sui-istifadə edib. O, velosiped zolağına daxil olaraq həmin zolaqla hərəkətinə davam edib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-2-ci maddəsilə yüz manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
avtosfer.az

2Mənbələr