AZ

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” neftinin bir barelinin qiyməti 9,63 ABŞ dolları və ya 8,9% artaraq 117,79 dollar təşkil edib.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin may fyuçersləri 112,53 dollar səviyyəsində formalaşıb. Türkiyənin **Ceyhan limanı**nda FOB bazasında “Azeri Light” neftinin qiyməti isə 9,65 dollar və ya 9,25% artaraq 113,95 dollar olub.

Azərbaycanın dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub ki, bu da hazırkı qiymətlərdən xeyli aşağıdır.

 “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu neft Azəri-Çıraq-Günəşli yataqlar bloku çərçivəsində hasil edilir və layihədə **SOCAR**nin payı 31,65% təşkil edir.

Seçilən
28
9
anews.az

10Mənbələr