AZ

İranda yanvar aksiyalarının 3 iştirakçısı edam edilib

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranda yanvar ayında keçirilən etiraz aksiyalarında iki polis məmurunu öldürməkdə ittiham olunan üç aksiya iştirakçısı edam edilib.

Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb .

Məlumata görə, təqsirləndirilən şəxslər yanvarın 7-də Qum əyalətində baş verən hökumət əleyhinə nümayişlər zamanı iki hüquq-mühafizə orqanı əməkdaşının qətlə yetirdiklərini etiraf ediblər.

Onlar həmçinin "İsrail və ABŞ-ın maraqlarına uyğun fəaliyyətlərdə" ittiham olunublar.

Qeyd edək ki, İranda iğtişaşlar ötən il dekabrın 29-da İran rialının kəskin şəkildə ucuzlaşması ilə əlaqədar başlayıb. Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat yayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
4
apa.az

5Mənbələr