AZ

İranda son iğtişaşlar zamanı üç nəfər edam edildi

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

İranda son iğtişaşlarda polisləri öldürməkdə ittiham olunan üç nəfər edam edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd edilib ki, İranda baş verən iğtişaşlar zamanı polisləri öldürməkdə və ABŞ-İsrailin xeyrinə əməliyyatlar aparmaqda təqsirli bilinən üç nəfəri edam edilib.

"Son iğtişaşlarda və İsraillə ABŞ-nin xeyrinə əməliyyat hərəkətləri ittihamları ilə məhkum edilmiş üç nəfər bu səhər asılıb" - deyə məhkəmə sisteminin "Mizan Online" saytında bildirilib.

O da əlavə olunub ki, edam edilənlər iki hüquq-mühafizə orqanı əməkdaşının qətlində iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
102
1
baku.ws

2Mənbələr