AZ

Yaxın Şərq münaqişəsi qlobal hava nəqliyyatı üçün böyük fəsadlara yol açıb

Bakı.Trend:

Yaxın Şərqdə ABŞ, İsrail və İranın cəlb olunduğu silahlımünaqişənin davam etməsi qlobal hava nəqliyyatı üçün böyükfəsadlara yol açıb. Aviaşirkətlər bölgədəki eskalasiyalar fonundakəskin bahalaşan aviasiya yanacağı xərclərini kompensasiya etməküçün biletlərin qiymətlərini artırırlar.

Trend bu barədə“Reuters”ə istinadən xəbər verir.

“Delta Air Lines” şirkətinin rəhbəri Ed Bastian agentliyəaçıqlamasında bildirib ki, təkcə mart ayı ərzində yanacaq üzrəəlavə xərclər 400 milyon dollara çata bilər. Onun sözlərinə görə,sektor artıq xərclərin bir hissəsini aviabiletlərin qiymətininartırılması yolu ilə sərnişinlərin üzərinə ötürməyə başlayıb

Oxşar dinamikadan “American Airlines” aviaşirkəti də gileylənir.Şirkət birinci rübdə xərclərin təxminən 400 milyon dollarartacağını proqnozlaşdırır.

Avropa aviaşirkətləri vəziyyətə operativ reaksiya verməyəbaşlayıblar. Skandinaviya aviaşirkəti SAS bəzi reyslərin ixtisarolunduğunu elan edərək yanacağın “kəskin və qəfil” bahalaşdığınıqeyd edib. Şirkət vurğulayıb ki, Avropanın bütün aviasiya sistemiciddi təzyiq altındadır.

Hərbi münaqişə qlobal aviasiyanın fəaliyyətini əhəmiyyətlidərəcədə pozub. Yaxın Şərqdə ballistik raket və PUA hücumlarıtəhlükəsi səbəbindən hava məkanının böyük hissəsinin bağlanmasıreyslərin kütləvi ləğvinə, gecikmələrə və marşrutlarındəyişdirilməsinə gətirib çıxarıb.

Bundan da önəmlisi odur ki, İrana zərbələrin başlanmasındansonra Avropada aviasiya yanacağının qiyməti iki dəfə, Asiyada isədemək olar ki, 80 faiz artıb. Yanacaq əmək haqqından sonraaviaşirkətlərin büdcəsində ikinci ən əsas xərclər olaraq qalır vəəməliyyat xərclərinin dörddə birinə qədərini təşkil edir.

Bu fonda bəzi ölkələr artıq aviadaşımaların azalması riskləriilə bağlı xəbərdarlıq edirlər. Belə ki, Çin və Tayland tərəfindənyanacaq ixracının dayandırılmasından sonra Vyetnam hakimiyyətiapreldən etibarən reyslərin sayının azaldıla biləcəyini istisnaetməyib. Birləşmiş Ərəb Əmirliklərində hücum təhlükəsi səbəbindənhava məkanı müvəqqəti bağlanıb, pilotsuz aparatlarla bağlıinsidentlər isə artıq Dubay hava limanının fəaliyyətinə təsirgöstərib.

Məqalədə:
Seçilən
89
az.trend.az

1Mənbələr