AZ

Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötmə qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 27-də, Saatlı rayonunun Mustafabəyli kəndi ərazisində qeydə alınıb. Belə ki, 99-LD-283 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü ötməyə başlayan avtomobilin qarşısına çıxaraq ona təhlükə yaradıb.

"Yol hərəkəti haqqında" qanunun 51-ci maddəsində qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb. Görüntüdə əks olunan sürücü isə bu müddəanın tələbinə tam zidd hərəkət edərək qaydaları kobud şəkildə pozub.

Bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
avtosfer.az

1Mənbələr