AZ

Putin yenə “sirli otaq”da göründü

Rusiya prezidenti Vladimir Putin 161 günlük rekord fasilədən sonra yenidən “açıq qəhvəyi iş otağı” adlandırılan məkanlardan birində görüntülənib.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, bu hadisə 18 mart 2026-cı ildə – Krımın ilhaqının ildönümündə baş verib.

Sözügedən iş otağı Moskva vilayətində yerləşən Novo-Oqaryovo iqamətgahındadır. Bildirilir ki, həmin otağın Soçi və Valdayda da eyni görnüşlü “əkiz” nüsxələri mövcuddur.

İddialara görə, Kreml bu cür eyni quruluşlu iş otaqları vasitəsilə Putinin real yerləşdiyi məkanı gizlətməyə çalışır. Bu praktika uzun illərdir müxtəlif ekspertlər tərəfindən diqqətlə izlənilir.

Seçilən
45
1
publika.az

10Mənbələr