AZ

Qətərin daha bir enerji obyekti vuruldu: Böyük dağıntılar və yanğın var

İran Körfəz ölkələrinin enerji infrastrukturuna zərbələri davam etdirir.

Musavat.com xəbər verir ki, Qatar Energy şirkəti "X" hesabında 19 martda istehsal infrastrukturuna daha bir raket hücumu edildiyini açıqlayıb:

"18 martda Ras Laffan sənaye şəhərinə edilən və əhəmiyyətli ziyana səbəb olan əvvəlki hücuma əlavə olaraq Qatar Energy şirkəti 19 martın səhər saatlarında mayeləşdirilmiş təbii qaz istehsalı ilə əlaqəli bəzi obyektlərin raket zərbəsi ilə hədəfə alındığını və nəticədə ciddi yanğın və genişmiqyaslı ziyanın baş verdiyini təsdiqləyir".

Bildirilir ki, təcili yardım xidmətləri hadisə yerinə göndərilib və xəsarət alanlar barədə məlumat verilməyib.

Musavat.com

Seçilən
119
musavat.com

1Mənbələr