ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 mart, AZƏRTAC
“Bu günləri görmək hər birimiz üçün böyük xoşbəxtlikdir. İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti artıq geridə qaldı. Mən bu ağrılı günləri gəncliyimdə yaşamışam, indi isə ailəmlə birlikdə doğma ocağımıza qayıtmağın sevincini yaşayıram. Bu hissləri sözlə ifadə etmək çətindir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün, Xocalı rayonu Xanabad kənd sakini Anjela Həsənova deyib.
“Uzun illər işğal altında qalan ərazilər ciddi dağıntılara məruz qalıb. Təbii sərvətlər qanunsuz şəkildə istismar edilib, meşələr qırılıb, torpaq və su ehtiyatlarına ciddi ziyan vurulub. Bu, təkcə iqtisadi deyil, həm də ekoloji baxımdan böyük itkilərə səbəb olub”.-deyə o bildirib.
Anjela Həsənova qeyd ki, Vətən müharibəsində qazanılan zəfərdən sonra bu torpaqlarda yeni həyat başlayıb. Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. İnfrastruktur yenidən qurulur, müasir yaşayış şəraiti yaradılır və bütün proseslər planlı şəkildə davam etdirilir.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.