AZ

Xocalı sakini: Üç nəfərlə çıxdığım doğma yurduma on nəfərlə qayıdıram

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bu gün doğma yurdumuza qayıtmağımız üçün bir şəhid qardaşı olaraq çox sevinirəm".

Bu sözləri Oxu.Az-a açıqlamasında Xocalı rayonunun Xanabad kəndinə qayıdan keçmiş məcburi köçkün Polad Səhliyev deyib.

O bildirib ki, 1992-ci ildə Xocalıdan üç nəfər ailə üzvü ilə çıxıb:

"İndi isə 10 nəfərlə qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Cənab Prezidentimizə təşəkkür edirəm ki, onun qətiyyəti və uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Qısa müddət ərzində azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri aparıldı və biz öz doğma yurd-yuvamıza qaytarıldıq, buna görə də hər birimiz çox sevincliyik".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
132
oxu.az

1Mənbələr