AZ

SCMP: Çində arıqlayanlara itirdikləri çəkini mal əti ilə mübadilə etmək təklif olunub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 mart, AZƏRTAC

Çinin Szyansu əyalətində artıq çəki ilə mübarizə məqsədilə qeyri-adi aksiya başlayıb. Belə ki, hər 0,5 kiloqram arıqladıqları çəkiyə görə mükafat kimi sakinlərə mal dili, quyruğu və heyvanın digər hissələrinin verilməsi təklif olunub. AZƏRTAC xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.

Məlumata görə, martın 9-dan etibarən Usi şəhərinin Lyanşi rayonunun Şanbey icması sosial şəbəkələrdə sağlam həyat tərzinin təşviqi məqsədilə yaradıcı kampaniyaya start verib və artıq 2400-dən çox şəxsin iştirak etmək üçün müraciət etdiyi bildirilib.

“Artıq çəkini mal əti ilə dəyiş” proqramının şərtlərinə əsasən, yalnız həmin regionda sosial sığorta və ya tibbi sığorta ödəyən sakinlər müraciət edə bilərlər. Eyni zamanda, iştirakçıların bədən kütlə indeksi 23-dən yuxarı olmalıdır (norma 18,5–24,9 arasıdır).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
1
azertag.az

2Mənbələr