AZ

İnsanlar üçün təhlükəli, bir biri üçün sadiq: Köpəkbalıqlarının gizli dünyası

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Fici adaları yaxınlığındakı Köpəkbalığı Rif Dəniz Qoruğunda aparılan genişmiqyaslı tədqiqat öküz köpəkbalıqlarının (Carcharhinus leucas) mürəkkəb sosial münasibətlər qurduğunu və aralarında sıx "dostluq" bağlarının formalaşdığını sübut edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Animal Behavior" elmi jurnalında dərc olunan araşdırma altı il ərzində 184 dəniz canlısı üzərində aparılan müşahidələri əhatə edir. Tədqiqatçılar müəyyən ediblər ki, bu yırtıcılar bir-birləri ilə təsadüfən deyil, məhz seçdikləri müəyyən fərdlərlə mütəmadi olaraq bir araya gəlirlər.

Mütəxəssislər bu canlılar arasında iki əsas ünsiyyət forması aşkar ediblər: fiziki yaxınlıq və koordinasiyalı hərəkətlər. Diqqətçəkən məqam odur ki, köpəkbalıqları arasında sinxron üzmə, bir-birini izləmə və liderlik davranışları qeydə alınıb. Bu isə onların məqsədli sosial bağlar qurduğunun göstəricisidir.

Elmi işin aparıcı müəllifi Nataşa Marosi qeyd edir ki, köpəkbalıqları da insanlar kimi seçici davranırlar: bəzi fərdlərlə yaxınlıq edir, bəzilərindən isə qəsdən uzaq dururlar. Alimlər bu davranışın strateji məqsəd daşıdığını ehtimal edirlər. Sosial iyerarxiyanın mərkəzində yetkin fərdlər dayanır, erkəklər isə dişilərə nisbətən daha geniş əlaqələr şəbəkəsinə malikdirlər. Bu strategiya onlara daha iri yırtıcılarla baş verə biləcək aqressiv toqquşma riskini minimuma endirməyə kömək edir.

Qeyd edək ki, öküz köpəkbalıqları pələng və böyük ağ köpəkbalığı ilə birlikdə insanlar üçün ən təhlükəli üç növdən biri hesab olunur. Lakin tədqiqatçılar bu yırtıcıların insanlara hücum hallarının reallıqda çox nadir baş verdiyini xüsusi vurğulayırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
oxu.az

1Mənbələr