AZ

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır Həkimdən XƏBƏRDARLIQ

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir.

Bəs kimlər bu şirniyyatlardan imtina etməlidirlər? 

Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, xüsusilə şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün bu cür şirniyyatlar ciddi risk yaradır. Tərkibində yüksək miqdarda şəkər və karbohidrat olan paxlava və şəkərbura qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu isə sağlamlıq vəziyyətinin qəfil pisləşməsi ilə nəticələnə bilər.

Bundan əlavə, artıq çəkidən əziyyət çəkənlər və piylənmə problemi olan insanlar da bayram şirniyyatlarına nəzarətli yanaşmalıdır.

Dietoloqlar bildirir ki, bu qidalar yüksək kalorili olduğuna görə qısa müddətdə çəki artımına səbəb ola bilər:

"Mədə-bağırsaq xəstəlikləri olan şəxslər üçün də risklər mövcuddur. Yağlı və ağır şirniyyatlar həzm sistemini yükləyir, köp və narahatlıq yarada bilir. Xüsusilə qastrit və ya pankreatitdən əziyyət çəkənlər üçün bu cür qidalar məsləhət görülmür".

Mütəxəssislər bayram süfrəsində balansı qorumağı tövsiyə edir. Onların sözlərinə görə, şirniyyatları tamamilə qadağan etmək əvəzinə, az miqdarda və fasilələrlə qəbul etmək daha doğru yanaşmadır. Eyni zamanda, bol su içmək və hərəkətdə olmaq da vacib hesab edilir.

Qeyd edək ki, bayram sevinci sağlamlıq hesabına başa gəlməməlidir. Doğru qidalanma seçimləri ilə həm ənənələri yaşatmaq, həm də sağlam qalmaq mümkündür. 

Asya

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
2
news.milli.az

10Mənbələr