AZ

İran Ras-Laffandakı sənaye obyektlərinə yenidən zərbə endirib

İran yenidən Qətərdə yerləşən Ras-Laffandakı sənaye obyektlərinə yenidən raket zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyasının (IRIB) "Telegram" kanalında məlumat paylaşılıb.

Bildirilib ki, raket zərbəsi endirilən ərazidə yanğın başlayıb. Telekanal Qətər Daxili İşlər Nazirliyinin baş verən yanğının söndürülməsi istiqamətində iş aparıldığına dair məlumatını da paylaşıb.

O da vurğulanıb ki, İran digər körfəz ölkələrinin neft sənayesi obyektlərini də hədəfə alıb.

Qeyd edək ki, İran martın 18-də də sözügedən əraziyə zərbə endirmiş, nəticədə "Qatar Energy" şirkətinin müəssisələrinə əhəmiyyətli ziyan dəydiyi açıqlanmışdı. Rəsmi Doha bəyanat yayaraq hücumu qətiyyətlə pisləmişdi.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Seçilən
102
2
far.az

3Mənbələr