AZ

Altı həftəyə vizual dəyişiklik: İdeal bədən quruluşuna gedən qısa yol

ain.az bildirir, Oxu.az portalına istinadən.

Sürətli pəhriz proqramları və həddindən artıq fiziki yüklənmə orqanizmdə yorğunluq yaradır, nəticədə itirilmiş çəki qısa müddətdə geri qayıdır. Bu səbəbdən ekspertlər kəskin məhdudiyyətlər yerinə, yüngül rejimə riayət edərək hədəfə tədricən çatmağı məsləhət görürlər.

Oxu.Az xəbər verir ki, bu barədə LEVITA beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin baş məşqçisi və müəllim hazırlığı şöbəsinin müdiri Akulina Baxturina danışıb. Mütəxəssis bildirib ki, cəmi altı həftə ərzində yağ kütləsini azaltmaq və əzələləri bərkitmək mümkündür. Sağlam çəki itkisi üçün həftəlik norma isə 0.5-1 kiloqram arası müəyyən edilir.

Uğurlu nəticə üçün həftədə 3-4 dəfə, hər biri 30-45 dəqiqə olmaqla məşq etmək kifayətdir. Bu prosesdə güc, kardio və dartınma (stretching) hərəkətlərini kombinasiya etmək, həmçinin gün boyu fiziki aktivliyi yüksək tutmaq vacibdir. Altı həftəlik proqram aşağıdakı mərhələlərdən ibarət olmalıdır:

1-2-ci həftə: Bədənin yeni rejimə öyrəşmə (adaptasiya) mərhələsi;

3-4-cü həftə: Məşqlərin tempinin və intensivliyinin artırılması;

5-6-cı həftə: Əldə olunmuş nəticələrin sabitləşdirilməsi.

Məşqçi qeyd edir ki, baza hərəkətləri olan plank və çömbəlmə (squat) tamamilə yetərlidir. Hər gün fasiləsiz idman etmək isə yanlış yanaşmadır, orqanizmin bərpası üçün həftənin 2-3 gününü istirahətə ayırmaq lazımdır. Əks halda, zədələnmə riski və xroniki yorğunluq yarana bilər.

Sonda vurğulanıb ki, səmərəli nəticə üçün sağlam yuxu, düzgün qidalanma və stressdən uzaq durmaq ən vacib şərtlərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
111
oxu.az

1Mənbələr