AZ

ABŞ senatoru Milli Kəşfiyyat rəhbərini İranla bağlı məlumatları təhrif etməkdə ittiham edib

BAKI, 19 mart. TELEQRAF

ABŞ senatoru Mark Uorner ölkənin Milli Kəşfiyyat direktoru Tulsi Qabbardı İranın nüvə proqramı ilə bağlı nəticələri seçmə şəkildə təqdim etməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, mübahisə martın 18-də ABŞ Konqresinin Senatının kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı baş verib.

Bildirilir ki, Qabbard çıxışı zamanı İranın nüvə proqramına dair mühüm hissəni səsləndirməyib. Həmin hissədə qeyd olunurdu ki, ABŞ-nin 2025-ci ilin 22 iyun tarixində İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehran uranın zənginləşdirilməsi fəaliyyətini bərpa etməyə cəhd göstərməyib.

Qabbard bunu çıxışın vaxt baxımından uzanması ilə izah edib və bəzi hissələri qəsdən deyil, vaxt məhdudiyyətinə görə ixtisar etdiyini bildirib.

Lakin senator Uorner bu izahı qəbul etməyib və qeyd edib ki, təqdim olunmayan hissələr ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir.

Seçilən
79
teleqraf.com

1Mənbələr